Litva Gürcüstanın adını rəsmi şəkildə dəyişdirdi


Litva Gürcüstanın adını dəyişərək rəsmi olaraq Sakartvelo adlandırıb. 
Yeniavaz.com
“İnterfax”a istinadən xəbər verir ki, bu barədə Litva Dili Dövlət Komissiyasının sədri Audris Antanaitis açıqlama verib. Bundan sonra Gürcüstanın yeni adı Sakartvelo Litva dilindəki bütün rəsmi sənədlərdə istifadə ediləcək.
Komissiya 21 dekabr 2020-ci ildə dövlətlərin rəsmi adlarını təyin edən sənəddən “Gruzija” sözünü çıxarıb.
Qeyd edək ki, Litva Belarusiyanın da hazırda istifadə olunan adını dəyişdirməyə hazır olduğunu bildirib. Bu barədə Litvanın xarici işlər naziri Qabrielus Landsberqis məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top