Gömrükdən büdcəyə ödənilən pul 50 milyon manat azalıb


Yola saldığımız 2020-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 352 milyon 725,8 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com
Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 49 milyon 558,6 min manat azalıb.
Dekabr ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 103 milyon 613,2 min manat təşkil edib. Ay ərzində dövlət büdcəsinə 230 milyon 415 min manat ƏDV üzrə daxilolma olub. 
Dekabrda aksizlər üzrə büdcə daxilolmaları 15 milyon 381,7 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə dekabr ayında 3 milyon 315,9 min manat olub.

DİGƏR XƏBƏRLƏR

Top