İlham Əliyev Moskvadadır - VİDEO + YENİLƏNİB


Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

 

***13:00
Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfər edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbül oğlu məlumat verib:
"Azərbaycan Prezidenti Moskvaya gəldi, onu Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar. Hazırda İlham Əliyevin karvanı Kremlə tərəf gedir”.
Qeyd edək ki, bu gün Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top