Japarov Qırğızıstanın prezidenti seçildi


Qırğızıstanda ötən gün keçirilən növbədənkənar prezident seçkilərinin qalibi Sadır Japarov olub.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat verib. Onun səslərin 79,19 fazini əldə etdiyi qeyd edilib. 
Qələbə münasibətilə ilk olaraq Sadır Japarovu Qazaxıstan prezidenti Qasım Comərd Tokayev təbrik edərək, onu Qazaxıstana dəvət edib. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, 10 yanvar tarixində Qırğızıstanda prezident seçkiləri keçirilib. Seçkilərində bu post uğrunda 17 namizəd mübarizə aparıb.

DİGƏR XƏBƏRLƏR

Top