10 yaşlı Nurayın fəryadını eşidən olacaqmı? VİDEO

Quba sakini 10 yaşlı Nurayın videosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

"Yeniavaz.com" xəbər verir ki, sözügedən videoda Nurayın istəmədiyi halda zorla atasına verilməsi yer alıb. Uşaq isə xalasının yanında qalmaq istədiyini bildirir. Quba məhkəmə icraçıları azyaşlı uşağın fəryadına baxmadan onu atasına verməyə çalışırlar. İddialara görə, Nurayın atası illər əvvəl xəstə həyat yoldaşını və övladını tərk edib. Uşağın yoldaşı öldükdən sonra Nurayı xalası böyüdüb.

Ürək dağlayan kadrlara millət vəkili Qənirə Paşayevaya da biganə qala bilməyib. Şəxsi səhifəsində qızcığazın videosunu paylaşan millət vəkili bu sözləri yazıb:

“Neçə dəqiqədir özümə gələ bilmirəm. Lütfən, uşaqlarla belə davranmayın. Təcili olaraq rayonun bu məsələyə aidiyyəti olan rəsmi qurumları, Ombudsman İnstitutu, Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı ciddi araşdırma aparmalıdır. Videoya sona qədər baxa bilmədim. Şəxsən bir millət vəkili olaraq, bir insan olaraq, mən də bu uşağın taleyi ilə maraqlanacağam. Uşağın fəryadı hələ də qulaqlarımdan getmir. Lazımi tədbirlərlə yanaşı, ailə məsələləri, uşaq hüquqları və s. ilə bağlı ciddi maarifləndirmə proqramları artırılmalıdır. Bəsdir artıq televiziyalarda çalıb-oynamaq... Maarifləndirmə istiqamətində ciddi proqramların artmasına ehtiyac var ki, bu cür mənzərələr ürəkləri dağlamasın”.

Nuray

DİGƏR XƏBƏRLƏR

Top