ABŞ-da aeroportda silahlı insident: 5 ölü, 45 yaralı

ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Bu barədə yerli polisin “Tvitter”də yerləşdirdiyi məlumatda bildirilir.

“Hadisə zamanı 5 nəfər ölüb, 8 nəfər güllə yarası alıb. İnsident baş verdikdən sonra isə daha 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb”, məlumatda deyilir. Qısa müddətdə hava limanında təlaş yaranıb. İnsanlar qaçaraq aeroportu tərk etməyə cəhd ediblər. Xəsarət alanların əksəriyyəti yaranan izdihamda yaralanıb.

Bundan əvvəl 5 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilirdi. Hava limanında insanlara atəş açan 26 yaşlı Alyaska ştatının sakini Esteban Santyaqo saxlanılıb.

Hava limanında insanlara atəş açan, 26 yaşlı Esteban Santyaqonun psixoloji problemləri olub.

Bu barədə onun qardaşı Brayan Santyaqo bildirib.

Onun sözlərinə görə Nyu-Cersidə anadan olan Esteban iki yaşında valideynləri ilə birgə Puerto-Rikoya köçüb. 2010-cu ildə ABŞ ordusunun mühəndis-istehkam batalyonunun heyətində İraqa yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Alyaska ştatında məskunlaşıb, psixoloji durumunda problem yarandığı üçün müalicə kursu keçib.

APA

DİGƏR XƏBƏRLƏR

Top