Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu tarixdə Moskvada görüşü baş tutacaq


Sabah Rusiyanın paytaxtı Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq..
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə ediləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top