İŞİD "maaşların" verilməsini dayandırdı

İŞİD terror qruplaşması İraqın Mosul şəhərindəki silahlılarına "əmək haqları"nın verilməsini dayandırıb. "The Telgraph"a məlumatına görə, bu barədə şəhərin sakinləri bildirib.

Nəşrin məlumatına görə, silahlıların hazırda maliyyə vəsaitlərini əldə edə bilməməsinin səbəbi qruplaşmanın neft infrastrukturuna ciddi zərbənin dəyməsidir. Məlumata görə, bu vaxtadək silahlıların aylıq məvacibi 350 dollar təşkil edib.

Şəhəri tərk etmələrinə görə sakinlərdən tələb olunan vəsaitlər son vaxtlar silahlıların əsas gəlir mənbəyinə çevrilib.

Qeyd edək ki, 2014-cü ildən İŞİD-in nəzarətinə keçən Mosulun azad olunması əməliyyatı oktyabrın 17-dən davam etdirilir. APA TV

DİGƏR XƏBƏRLƏR

Top