Tapılan erməni cəsədlərin sayı 1197-ə çatdı


Cəbrayıl rayonu ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində öldürülən daha 3 erməni hərbçinin cəsədi tapılıb. 
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “fövqəladə hallar xidməti”dən açıqlayıblar.
Bildirilir ki, bu günə qədər aparılan axtarış əməliyyatları nəticəsində ümumilikdə 1197 erməni hərbçinin cəsədi tapılıb.
Məlumatda qeyd olunur ki, axtarışlar bazar günü də davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top