Terrorçunun tutulmasına kömək edən xəbərçiyə 1 milyon avro veriləcək

Yunanıstan hakimiyyəti ən çox axtarılan terrorçulardan biri Pola Rupanın həbs edilməsinə kömək edən xəbərçiyə 1 milyon avro mükafat ödəyəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Yunanıstan hakimiyyəti 2014-cü ilin yanvarında bir qrup terrorçunun yaxalanmasına görə 4 milyon avro, eləcə də “İnqilabi mübarizə” terror təşkilatının liderləri Nikos Maziotis və onun arvadı Pol Rupa haqqında informasiyaya görə 1 milyon avro mükafat vəd etmişdi. N. Maziotis 2014-cü ilin yayında həbs edilib, P. Rupa isə daha 2,5 il gizlənməyə müvəffəq olmuşdu. Polis üç həftə əvvəl onun barədə məlumat verən xəbərçi sayəsində 48 yaşlı P. Rupanın izinə düşə bilmişdi. Terrorçu ötən gün Afinada həbs edilib. Bundan başqa onu gizlətməkdə şübhəli bilinən 25 yaşlı qadın tutulub. “İnqilabi mübarizə” bir neçə il fəaliyyət göstərib. O, 2007-ci ildə qumbaraatandan ABŞ-ın Afinadakı səfirliyini atəşə tutduğuna görə Dövlət Departamenti tərəfindən terror təşkilatları siyahısına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top