Şurnux kəndində tövlənin yarısı Azərbaycan, yarısı Ermənistan ərazisində qalıb - FOTOLAR


Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə həmsərhəd bölgədə yerləşən Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüdüyü üçün bir-neçə gün əvvəl ordumuz tərəfindn nəzarətə götürülüb.   
Yeniavaz.com
xəbr verir ki, dünən Ermənistanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyan Şurnux kəndinə gələrək kənd sakinlərilə görüşüb. 
Görüşdən sonra təmsil etdiyi qurumun rəsmi “Facebook” səhifəsində yazıb ki, kənd sakini Styopa Movsesyana məxsus olan tövlənin yarısı Azərbaycan ərazisinə, yarısı isə Ermənistan ərazisinə düşüb. 
Arman Tatoyanın paylaşdığı fotolardan belə görünür ki, üzərində “Azərbaycan Respublikası Qubadlı rayonunu Şurnux kəndi” yazılan lövhə Styopa Movsesyanın evinin qarşısında yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top