"Bir daha diqqətinizi üçtərəfli bəyanatda Mehri şəhərinə yönəldirəm" - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanı Qarabağdakı hərbi əməliyyatların dayandırılması, Azərbaycan tərəfi ilə əsir mübadiləsi və regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması barədəki üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsində prioritet adlandırıb. 
Yeniavaz.com "ria.ru"ya istinadən xəbər verir ki, bu barədə o, öz feysbuk sosial şəbəkə hesabında məlumat verərək 2 vacib müddəaya toxunub:
"Birincisi, bəyanatın səkkizinci bəndinin tamamlanmasıdır, ona görə, əsirlərin, girovların və saxlanılan digər şəxslərin, eləcə də ölülərin cəsədlərinin tam hüquqlu mübadiləsi aparılmalıdır. Bizim üçün döyüş bölgəsində geniş miqyaslı axtarış-xilasetmə əməliyyatları aparmaq vacibdir". 
Paşinyanın göstərdiyi ikinci müddəada isə regional iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsi vurğulanıb. 
Paşinyan yük daşımalarının həyata keçirilməsi, eləcə də Azərbaycan ərazisindən keçməklə Rusiya və İranla Ermənistan araslnda nəqliyyat əlaqələrinin qurulması və Azərbaycanın Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsi məsələlərinə də toxunub. 
Ermənistanın baş naziri paylaşdığı postda diqqəti Mehri dəhlizi məsələsinə də yönəldib:
"Bir daha diqqətinizi üçtərəfli bəyanatda Mehri şəhərinə və ya Ermənistanın hər hansı digər ərazisinə işarə edən dəhliz ifadəsi olmadığına yönəldirəm. Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana rabitə yollarının seçilməsi ayrı-ayrı müzakirələrin mövzusudur".

DİGƏR XƏBƏRLƏR

Top