Yevlax Şəhidlər Xiyabanı niyə zülmətə qərq olunub? – Rəsmi AÇIQLAMA + VİDEO


Yevlax şəhərində yerləşən Şəhidlər Xiyabanı qaranlığa qərq olunub.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı redaksiyamıza video göndərilib. Videogörüntülərdən də aydın olduğu kimi Şəhidlər Xiyabanında heç bir işıq yanmır və zülmət içərisindədir.
Məsələ ilə bağlı Yevlax şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Yeniavaz.com-a verilən məlumata görə, hal-hazırda həmin ərazidə abadlıq-quruculuq işləri getdiyindən işıqlar yanmır: “Həmin işlər yekunlaşdıqdan sonra Şəhidlər Xiyabanı elektriklə təmin olunacaq. Hazırda sərt karantin rejimi olduğundan, işçi sayının azlığını nəzərə alarsaq, işlərin yekunlaşma tarixi dəqiq bəlli deyil”.

DİGƏR XƏBƏRLƏR

Top