Azərbaycanda sərxoşlar ən çox hansı cinayətlər törədirlər? - STATİSTİKA

Hər il Azərbaycanda sərxoş insanlar tərəfindən yüzlərlə cinayət törədilir. Bəs sərxoş vəziyyətdə olan insanlar ən çox hansı cinayətləri törədirlər? Yeniavaz.com saytı Dövlət Statistika Komitəsinin məlumatları əsasında bu mövzuda araşdırma aparıb. Məlum olub ki, son 10 ildə sərxoş insanlar tərəfindən ən çox ağır və xüsusilə ağır, xuliqanlıq və oğurluq cinayətlərinə yol verilib. Azərbaycanda sərxoşların ən az yol verdikləri cinayət növü isə dələduzluqdur. Hər halda son illərin statistikası bu qənaətə gəlməyə əsas verir.

- Ağır və xüsusilə ağır cinayətlər - 2010-cu ildə 98, 2011-ci ildə 76, 2012-ci ildə 78, 2013-cü ildə 114, 2014-cü ildə 117, 2015-ci ildə 115.

- Oğurluq - 2010-cu ildə 42, 2011-ci ildə 61, 2012-ci ildə 44, 2013-cü ildə 74, 2014-cü ildə 45, 2015-ci ildə 44.

- o cümlədən mənzillərdən - 2010-cu ildə 11, 2011-ci ildə 15, 2012-ci ildə 13, 2013-cü ildə 19, 2014-cü ildə 9, 2015-ci ildə 11.

- soyğunçuluq - 2010-cu ildə 11, 2011-ci ildə 11, 2012-ci ildə 7, 2013-cü ildə 4, 2014-cü ildə 6, 2015-ci ildə 9.

- quldurluq - 2010-cu ildə 6, 2011-ci ildə 7, 2012-ci ildə 9, 2013-cü ildə 8, 2014-cü ildə 5, 2015-ci ildə 6.

- dələduzluq - 2010-cu ildə -, 2011-ci ildə 1, 2012-ci ildə 2, 2013-cü ildə -, 2014-cü ildə 1, 2015-ci ildə 1.

- Xuliqanlıq - 2010-cu ildə 176, 2011-ci ildə 160, 2012-ci ildə 145, 2013-cü ildə 154, 2014-cü ildə 125, 2015-ci ildə 113.

- Zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri - 2010-cu ildə 30, 2011-ci ildə 18, 2012-ci ildə 26, 2013-cü ildə 34, 2014-cü ildə 48, 2015-ci ildə 36.

- Qəsdən sağlamlığa ağır zərər vurma - 2010-cu ildə 28, 2011-ci ildə 24 2012-ci ildə 25, 2013-cü ildə 40, 2014-cü ildə 33, 2015-ci ildə 31.

- Qəsdən adam öldürmə və adam öldürməyə cəhd - 2010-cu ildə 39, 2011-ci ildə 28, 2012-ci ildə 31, 2013-cü ildə 30, 2014-cü ildə 26, 2015-ci ildə 19.

- Zorlama və zorlamaya edilən cəhd - 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 3, 2013-cü ildə 2, 2014-cü ildə 5, 2015-ci ildə 5.

- Narkotik vasitələrlə bağlı cinayətlər - 2010-cu ildə 7, 2011-ci ildə 11, 2012-ci ildə 7, 2013-cü ildə 5, 2014-cü ildə 4, 2015-ci ildə 2.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top