Netanyahu ikinci dəfə ifadə verib

İsrailin baş naziri Benyamin Netanyahu, polisə ifadə verib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o rüşvətxorluqda ittiham olunur. Məlumata görə, Netanyahu 3 saat polisə ifadə verib. İsrail polisi, iş adamlarından rüşvət və hədiyyə alması şübhəsilə baş nazirdən ifadə alıb.

Baş nazirin Qüdsdəki iqamətgahında ifadə verdiyi deyilir. Bu iddialardan sonra sosial şəbəkə vasitəsilə açıqlama verən baş nazir özünü müdafiə edib: "İllərdir mənə və ailəmə qarşı verilən əziyyətlərin nəticəsində dünən heç bir şey çıxmadı. Heç nə çıxan deyil. Çünki, bu iddilar əsassızdır".

DİGƏR XƏBƏRLƏR

Top