Rusiya sülhməramlıları Dağlıq Qarabağda ərazini minalardan təmizləməyə davam edir.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya sülhməramlıları Qarabağda bu günə qədər 20 min 650 partlayıcı qurğunu zərərsizləşdirib. Həmçinin, 435 hektar ərazi, 165 km yol, 22 sosial əhəmiyyətli obyekt də daxil olmaqla 618 yaşayış binası minalardan təmizlənib.