Suriyalı deputat: Türkiyədə baş verənləri heç kimsə dayandıra bilməz

Suriyada Bəşər Əsədin partiyası “Baas”ın nəzarətindəki məclisin baş katibi Xalid Abbud rejim kəşfiyyatının İŞİD terror qruplaşmasının içinə sızdığını və istiqamətləndirildiyini etiraf edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, X. Abbud üstüörtülü şəkildə təhdid edərək İŞİD-in Türkiyədəki hücumkarının ancaq rejimlə əməkdaşlıq edərək dayandırıla biləcəyini qeyd edib. B. Əsədə yaxınlığı ilə tanınan və eyni zamanda millət vəkili olan H. Abbud iştirak etdiyi televiziya proqramında deyib: “Sənə bir sual vermək istəyirəm, İŞİD və Nusra haradadır? Və digər cihadçı qruplar haradadır? Təbii ki, Dəməşq ətrafındadırlar. Bəs nəyə görə Dəməşqdə partlayışlar olmur? Nə üçün Türkiyənin bəzi bölgələrində partlaypışlar baş verir? Suriyanın təhlükəsizlik qurumları, kəşfiyyatı bu cür şəbəkələrin içinə sızıb. Türkiyədə baş verənləri heç kimsə dayandıra bilməz. Sadəcə bir yolu var. Suriyanın təhlükəsizlik qurumları ilə əməkdaşlıq qurularsa, bunun qarşısına almaq mümkündür. İordaniyada təhlükəsizlik qüvvələrinə qarşı hücumlara nəzər salın. Suriya dövləti İordaniya və Türkiyə coğrafiyasında baş verən hadisələrlə bağlı geniş məlumatları var”.

DİGƏR XƏBƏRLƏR

Top