İstefalar başladı, fövqəladə vəziyyət uzadıldı - ABŞ-da vəziyyət gərginləşir


ABŞ-da dünən Tramp dəstəkçilərinin Konqresə hücumu ilə ölkə qarışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 4 nəfərin öldüyü, 52 nəfərin saxlanıldığı etiraz aksiyası səbəbilə başda sabiq prezident Barak Obama olmaqla ABŞ-ın bir çox keçmiş dövlət adamı Trampı tənqid edib. Onlar baş verən hadisələri heç vaxt unudulmayacaq utanc adlandırıblar.
Nümayişlər nəticəsində ABŞ-da istefalar da başlayıb. Melaniya Trampın administrasiya rəhbəri Stepani Qrişam baş verən son hadisələr səbəbilə istefa verdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top