
Son 10 il ərzində Azərbaycanda kərə yağı, çay kimi bir sıra ərzaq məhsullarının qiymətində kəskin bahalaşma, bəzi məhsulların qiymətində isə az da olsa ucuzlaşma müşahidə olunub.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, əsas ərzaq məhsullarının böyük əksəriyyətində qiymət artımı qeydə alınıb. Bəzi meyvə-tərəvəzin qiymətində isə ucuzlaşma müşahidə olunub.
Aşağıdakı cədvəldə bir-sıra əsas ərzaq məhsullarının 10 ilə əvvəl - 2011-ci ilin yanvar ayında qeydə alınan orta qiymətlərilə 10 il sonra - 2021-ci ilin yanvar ayında qeydə alınan orta qiymətlərini təqdim edirik:
Məhsulun adı |
Çəkisi | Qiyməti (manatla) |
|
Yanvar 2011 |
Yanvar 2021 |
||
Mal əti | 1 kq | 7 | 11 |
Qoyun əti | 1 kq | 8 | 12 |
Toyuq əti | 1 kq | 4 | 5 |
Çörək | 300 qr | 0,30 | 0,40 |
Duz | 1 kq | 0,40 | 0,60 |
Çay | 100 qr | 0,80 | 2 |
Kərə yağı | 1 kq | 6,30 | 16 |
Qarğıdalı yağı | 1 litr | 2,30 | 3,10 |
Yumurta | 1 ədəd | 0,17 | 0,20 |
Pendir (brınza) | 1 kq | 5,50 | 7,50 |
Un | 1 kq | 0,50 | 0,60 |
Qarabaşaq | 1 kq | 2,40 | 2,6 |
Makaron | 1 kq | 0,80 | 2,20 |
Vermişel | 1 kq | 0,80 | 2,20 |
Düyü (yumru) | 1 kq | 1,30 | 2 |
Düyü (uzun) | 1 kq | 2,70 | 4 |
Qatıq | 1 kq | 1,50 | 1,50 |
Süd | 1 litr | 1,50 | 1,80 |
Şəkər tozu | 1 kq | 1 | 1 |
Qoz (ləpə) | 1 kq | 10 | 18 |
Fındıq (ləpə) | 1 kq | 8 | 16 |
Banan | 1 kq | 2,60 | 2 |
Alma | 1 kq | 2 | 1,60 |
Armud | 1 kq | 3 | 2 |
Mandarin (xarici) | 1 kq | 2 | 1,5 |
Portağal (xarici) | 1 kq | 2,50 | 2 |
Kartof | 1 kq | 0,90 | 0,80 |
Soğan | 1 kq | 0,80 | 0,80 |
Kələm | 1 kq | 0,80 | 0,60 |
Göyərti | 1 dəst | 0,20 | 0,20 |
Xiyar (melit) | 1 kq | 2 | 3,80 |
Pomidor | 1 kq | 3 | 1 |
Kök | 1 kq | 1 | 1,20 |