Türk alim yeni qalaktika kəşf edib

1950-ci ildə Artur Hoaq adlı bir astrofizik, o vaxta qədər elmə məlum olan qalaktikalardan fərqli formada olan, sonrakı illərdə "Hoags Type" ("Hoaq forması") adlandırılacaq planetlər və ulduzlardan ibarət bir qalaktika kəşf etmişdi. "Yeniavaz.com" xarici KİV-lərə istinadən xəbər verir ki, dünyaya 600 milyon işıq ili uzaqlıqdakı bu qalaktikanın ortasında sarı nüvə var. Teleskopla baxıldığında qalaktikadakı digər kütlələrin mükəmməl yumru formada sıralandığı görünür. Artur Hoaqın kəşfindən 66 il sonra Minnesota Astrofizika İnstitutunun alimləri, "PGC 1000714" adını verdikləri və dünyadan 359 milyon işıq ili uzaqlıqda "Hoaq forması"na bənzəyən bir qalaktika kəşf ediblər. Bu kəşfi edən qrupun rəhbəri Burçin Mutlu Pakdilin sözlərinə görə, bu qalaktikanın Hoaqın kəşf etdiyinə qalaktikya olduqca cüzə bənzərliyi var.

DİGƏR XƏBƏRLƏR

Top