2016-cı ildə Avropaya gələn miqrantların ümumi sayı açıqlanıb

2016-ci ildə Aralıq dənizi ilə Avropaya 360 mindən çox miqrant gəlib, bu zaman beş min nəfər yolda ölüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına görə, 12 ay ərzində Avropaya dənizlə 363 248 qaçqın və miqrant gəlib. Köçkünlərin əsas kütləsini Yunanıstan (173 mindən çox) və İtaliya (181 mindən çox) qəbul edib. 2016-ci ildə Yunanıstana əsasən suriyalılar, əfqanlar, iraqlılar, pakistanlılar və iranlılar, İtaliyaya isə nigeriyalılar, eriteriyalılar, qvineyalılar gəliblər. 2016-cı il ərzində quru yolla Avropaya 24 139 miqrant və qaçqın gəlib. Aralıq dənizi vasitəsilə gələnlər nəzərə alınmaqla, onların ümumi sayı 12 ay ərzində 387 487 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top