Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib


Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Ali Məhkəmədən faktı təsdiqləyiblər.
Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.
 

DİGƏR XƏBƏRLƏR

Top