Ermənistan prezidenti: “Ermənilərin hamısı Dağlıq Qarabağa qayıtmayacaq” - VİDEO


Son 26 ildə erməniləri Dağlıq Qarabağa doldurmaq lazım idi.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan ötən ayın son günləri Moskvada erməni diasporunun nümayəndələri ilə görüşdə səsləndirib.
Ermənistan prezidenti deyib ki, 1994-cü ildə Dağlıq Qarabağda 147 min erməni yaşayıb və 26 ildən sonra orda yaşayan ermənilərin sayı 122 min nəfər olub.
Armen Sarkisyan deyb ki, Dağlıq Qarabağda başqa millət olsaydı indi sayları yarım milyona, ya da bir milyona çatmışdı: “O yerləri doldurmaq lazlm idi”.
Ermənistan prezidenti  diasporunun nümayəndələri ilə görüşdə qeyd edib ki, Ermənistanın yalnız ikinci Qarabağ müharibəsində deyil, həm də iqtisadiyyatda, demoqrafiyada, səhiyyədə və digər sahələrdə məğlub olduğunu etiraf etdi.
Armen Sarkisyan bildirib ki, o Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanat barədə mətbuatdan məlumat alıb: “Bu, dövlətçiliyin çöküşüdür. Hamımız böhran vəziyyətindəyik. Bu bir ölkənin, bir dövlətin deyil, bir millətin  böhranıdır. İnsan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar sahədə böhran yaşanır. Hamı Qarabağa qayıtmayacaq, ərazisi çox azalıb. Bəzi insanlar Ermənistanda qalacaqlar. Kim onlara baxacaq, kömək edəcək?”
“Bu qədər böyük bir faciənin yaşandığı bir ölkədə bir həll yolu var. Buna səbəb olan hökumət getməlidir”, - deyən, Ermənistan prezidenti qeyd edib ki, o məhdud səlahiyyətlərə sahibdir.

 
 

DİGƏR XƏBƏRLƏR

Top