İzmir terrorçularının şəxsiyyətləri müəyyənləşib

Ötən gün 2 nəfərin şəhid olması ilə nəticələnin İzmirdəki məhkəmə binası qarşısında terror aktını törədən terrorçuların şəxsiyyətləri müəyyənləşib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib. Bununla belə, nazir istintaqa mane olmamaq və terrorçuların digər şəxslərlə əlaqələrini üzə çıxarmaq üçün onların adlarını açıqlamayıb. B. Bozdağ terror aktını həyata keçirən terror təşkilatı mövzusunda hər hansı bir tərəddüd olmadığını vurğulayıb: “Əldə etdiyimiz bütün məlumatlar terror hücumunu PKK terror təşkilatının planladığını göstərir. Təqribən 10 terror təşkilatı ilə eyni zamanda mübarizə aparan yeganə ölkə Türkiyədir. Terror heç vaxt qalib gəlməyəcək”. Nazir əlavə edib ki, yaralılardan üçü vəkil, ikisi polis, ikisi də mülki vətəndaşdır: “Terror hücumu ilə əlaqədar 18 nəfər saxlanılıb”.

DİGƏR XƏBƏRLƏR

Top