Kot-Divuarda hərbçilər şəhəri ələ keçiriblər

Kot-Divuarda ordudan tərxis olunmuş hərbçilər silah anbarını ələ keçirərək Buake şəhərinə hücum ediblər. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, əsgərlər Buake şəhərinə nəzarəti tam şəkildə ələ alıblar. Hadisənin şahidi olan yerli sakinlərdən birinin "Royters" agentliyinə verdiyi məlumata görə, cümə günü səhər tezdən şəhər yaxınığında atəş səsləri eşidilib. Sonra məlum olub ki, tərxis olunmuş hərbçilər Buake şəhərinin kənarında mövqe tutublar. Şəhərdə gərginliyin artması nəticəsində isə yerli sakinlər tələm-tələsik evlərini tərk etməyə məcbur olublar.

DİGƏR XƏBƏRLƏR

Top