"Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmayacaq" - Röya


"Nailə xanım infarkt keçirib, xərçəngdən ölməyib. Bax, siz belə yazı yazırsınız... Necə ki, məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz".
Yeniavaz.com
xəbər verir ki, müğənni instaqram hesabında həm bəstəkar Nailə Mirməmmədlinin xərçəngdən dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib, həm də özünün Yeni il gecəsi qınanılası hərəkət sərgiləmədiyini qeyd edib:
“Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə etdiyim rəqsim sizi narahat etdisə... O zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiniz. Yox, əgər məndə səhv axtarırsızsa, ilk öncə özünüzə baxın. Adamı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top