
"ABŞ-da Prezident seçkilərinə Rusiyanın müdaxiləsi artıq dəqiqləşib". "Yeniavaz.com" "Nyu-York Taymz" qəzetinə istinadən bildirir ki, bunu dünən Milli Kəşfiyyat idarəsinin rəhbəri Ceyms Klapper dünən ABŞ Senatında keçirilən dinləmələrdə deyib. Toplantıda iştirak edən təhlükəsizlik orqanlarının rəhbərləri və hər iki partiyadan olan senatorlar da Senatdakı dinləmələrdə Prezident seçkilərinə Rusiya müdaxiləsini təsdiqləyiblər. Hətta Trampın əksinə, təmsil etdiyi partiyanın nümayəndələri də Rusiyanın seçkilərə müdaxilə etdiyini qəbul ediblər
Trampın öz "tvitter" hesabından qurumların səlahiyyət və tərəfsizlik problemləri olduğunu iddia etməsi də görüşmədə müzakirə olunub. Təhlükəsizlik orqanlarının rəhbərləri Trampın bu açıqlamasının onları incitdiyini bildiriblər.
"Şübhə ilə təhqir arasında fərq var", deyə Ceyms Klapper bildirib və əlavə edib: "Biz rusların seçkilərə qarşı təxribatından artıq əminik."
Xatırladaq ki, təhlükəsizlik orqanlarının rəhbərləri bir gün öncə Prezident Obamaya seçkilərə qarşı təxribat haqqında məruzə etmişdilər. Bugünkü görüşmədə isə yeni seçilmiş ABŞ Prezidenti Trampa seçkilərdə Rusiya rəhbərinin köməyilə qalib gəldiyinə dair faktlar təqdim olunacaq. Tramp bu görüşdən sonra təhlükəsizlik orqanlarının məlumatına etimad edib etmədiyini açıqlamaq məcburiyyətindədir. Əgər Tramp əvvəlki fikrində qalsa, yəni, təhlükəsizlik orqanlarına etimad etmədiyini bir daha təkrarlasa, onda, ABŞ-ı yeni böhran gözləyir. Bütün təhlükəsizlik orqanlarının nə qədər doğru işləyib işləmədiyi, orqanın statusu, xalqın onlara etimadı müzakirəyə açılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz