Metyu Brayza: "Qorxuram Türkiyə ilə Azərbaycanın əlaqələri pozular"

Rusiya əslində terrorizmi bəhanə edərək öz xeyri üçün Suriyadadır. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, Rusiya terror təşkilatlarına qarşı mübarizdə insan tələfatının qarşısını almağı ilə bağlı heç bir addım atmayıb.

Brayza Rusiya-Türkiyə yaxınlaşmasına da münasibət bildirib. O, Rusiyanın əsl məqsədinin Türkiyəni istifadə edərək Gürcüstan və Azərbaycanı daha yaxşı nəzarətdə saxlamaq olduğunu bildirib. Eyni zamanda rus qazının Türkiyə vasitəsilə Avropaya çıxarmaq istədiyini qeyd edib: "Məncə dolayı yolla olsada Rusiya və Türkiyə əlaqələrini gücləndirir. Ümumi baxanda görünən mənzərə odur ki, Rusiya əslində enerji siyasətini düşünür. Türkiyə ilə əlaqələri gücləndirməsinin səbəbi Gürcüstan və Azərbaycanı kənarlaşdırmaq istəyidir. Parçalanmış Avropa Birliyi və Türkiyənin Rusiya ilə yaxın əlaqə qurması, Gürcüstan və Azərbaycanın Türkiyə ilə əlaqələrinə getdikcə mənfi təsir edəcəyindən qorxuram".

ABŞ Xarici İşlər Nazirliyində uzun müddət diplomat olaraq çalışan Brayza, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın matəm ab-havasından istifadə etdiyini deyib. Brayzanın sözlərinə görə, Türkiyədəki son terror hadisələri sistemin içinə daxil olmuş xarici ünsürlərin hələ də fəaliyyətdə olmasını göstərir.

DİGƏR XƏBƏRLƏR

Top