Paşinyan Rusiya baş nazirinin müavinindən yardım istədi


Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.
Paşinyan və Overçuk Dağlıq Qarabağda yaranmış vəziyyəti, humanitar yardımı müzakirə ediblər. Tərəflər həmçinin əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsi, eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar.
Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər. //report.az

DİGƏR XƏBƏRLƏR

Top