Ermənistan minlərlə türk malını İran malları ilə əvəz etməyə məcbur oldu


İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.
"Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir", - deyə İran rəsmisi bilirib.
O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.
Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq. //report.az

DİGƏR XƏBƏRLƏR

Top