Bakıda qadını bıçaqlayan Türkiyə vətəndaşı ilə bağlı prokurorluqdan AÇIQLAMA


Yanvarın 2-də, saat 3 radələrində Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nəsimi rayon Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, Türkiyə Respublikasının vətəndaşı 1972-ci il təvəllüdlü Ucrak Abdulhalim Sadik oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fidan Süleymanovaya xəsarətlər yetirərək öldürməyə cəhd etməsindən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilərək stasionar qaydada müalicə olunurlar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*** 00:04

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Türkiyə Cumhuriyyətinin vətəndaşı olan 1972-ci il təvəllüdlü Abdulhamid Ucqar ailə münaqişəsi zəminində tanışı, 1983-cü il təvəllüdlü Süleymanova Fidan Vaqif qızına çoxsaylı bıçaq zərbələri endirib.
Əcnəbi vətəndaş daha sonra özünə də bir neçə bıçaq zərbəsi vurub.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı F.Süleymanovanın qarın və döş qəfəsində yeddi ədəd kəsilmiş-deşilmiş bıçaq yarası, A.Ucqarın isə qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top