Con Kerri: "İŞİD-in böyüyüb güclənməsini uzaqdan izlədik" - SƏS YAZISI

"Wikileaks"in iddiasına görə, ABŞ xarici işlər naziri Con Kerri Suriyaya hərbi müdaxilə üçün Barak Obama ilə razılığa gələ bilməyib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, C.Kerrinin suriyalı müxaliflərlə olan görüşünün səs yazısının olduğu deyilir. Haqqında danışılan bu səs yazısı 30 sentyabr tarixində "New York Times" tərəfindən yayımlanmışdı. Ancaq Nümayəndələr Palatası bu səs yazısını dinləməyi bloklamışdı. Qaynaqlarının anonimliyini qoruyaraq hökümətlərin həssas sənədlərini yayımlayan "Wikileaks", bu səs yazısını dünən ifşa edib. Bu Kerri ilə müxaliflərin BMT-dəki Hollandiya Missiyasındakı görüşünün 37 dəqiqəlik hissəsinin səs yazısıdır.

Nazir Kerri bu iclasda Suriyaya hərbi müdaxilə üçün prezident Barak Obamanı razı salmağa çalışdığı amma uğurlu olmadığı haqda danışdığı iddia olunur.

İddiaya görə, Kerri İŞİD terror təşkilatının böyüyüb güclənməsini uzaqdan izlədiyini deyib. Bunu Suriya prezidenti Bəşər Əsədi müzakirəyə məcbur etmək üçün etdiklərini bildirib.

WND xəbər saytında isə belə yazılıb: "Kerrinin sözlərinə görə, ABŞ Əsədin Rusiyadan kömək istəyəcəyini təxmin etməyib: "Bilirdik ki, bu məsələ getdikcə böyüyürdü və biz burada izləyici qalacaqdıq. İŞİD gücləndikcə Əsədin qorxacağını zənn edirdik. Ancaq Əsəd bizimlə danışmaq əvəzinə Putinlə razılaşmağı seçdi".

Con Kerrinin suriyalı müxaliflərlə olan görüşündə qeydə alınan səs yazısını təqdim edirik:

Kerri

DİGƏR XƏBƏRLƏR

Top