814 çağrı mərkəzindəki problem aradan qaldırıldı - YENİLƏNİB


814 Çağrı Mərkəzində yaranan texniki problem artıq aradan qaldırılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, vətəndaşlar sərbəst şəkildə müraciət edə bilərlər.

***13:09
Səhiyyə Nazirliyinin Çağrı Mərkəzi müvəqqəti olaraq işləmir.

Bu barədə Yeniavaz.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir.

"Problem gün ərzində aradan qaldırılacaq. Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur", -məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top