Azərbaycanlılar Gürcüstan turizminə milyardlar qazandırır

2016-cı ildə Gürcüstana 6 milyon 350 min 825 turist səfər edib. Bu göstərici 2015-ci- illə müqayisədə 7,9% çoxdur. Bu barədə məlumatı Gürcüstan turizm administrasiyasının rəhbəri Qeorqi Çeqovadze mətbuat konfransında bildirib. Məlumatda həmçinin oda bildirilir ki, Gürcüstana ən çox səfər edən turistlər Azərbaycan vətəndaşlarıdır. Beləki, bu ölkəyə səfər edən TOP-5 ölkə arasında azərbaycanlılar birinci yerdədir.

TOP-5 ölkələr:

Azərbaycan – 1 milyon 523 min 75 nəfər 2015-ci illə müqayisədə 9,3% çox

Ermənistan – 1 milyon 496 min 246 nəfər 2015-ci illə müqayisədə 1,9% çox

Türkiyə - 1 milyon 254 min 89 nəfər

Rusiya – 1 milyon 37 min 564 nəfər 2015-ci illə müqayisədə 12% çox

Ukrayna – 172 min 631 nəfər 2015-ci illə müqayisədə 21,8% çox

Məlumata görə, müsbət hallaradan biri də Rusiyadan Gürcüstana gələn turistlərin sayının ilk dəfə olaraq 1 milyon nəfərə çatmasıdır. Müsbət tendensiya Avropa ölkələrindən gələn turistlərin sayında da hiss olunur. Çokavadzenin sözlərinə görə Latviya, Litva, Çexiya, Bolqariya və Almaniyadan Gürcüstana gələn turistlərin sayında da nəzərə çarpaçaq dərəcədə artım olub.

Həmçinin turistlərin sayında xüsusi artım İran, Hindistan, Səədüyyə Ərəbistanı, Filippin, Oman və Çindən olan turistlərin sayında hiss olunur.

Turistlərin sayının artması qonşu Gürcüstanın turizmdən gələn gəlirlərinə də təsirsiz ötüşməyib. Beləki 2016-cı ilin ilk üç rübündə turizmdən 1.,7 milyard dollar gəlir əldə edilib. Bu göstərici 2015-ci illə müqayisədə 11,7% çoxdur. Gürcüstan Milli Turizm administrasiyasının rəhbəri Qeorqi Çoqavadze 2016-cı ildə ümumilikdə 2 milyard dollardan çox gəlirin əldə edildiyini bildirib. fins.az

DİGƏR XƏBƏRLƏR

Top