Hadı Rəcəbli: "Ev söhbəti yalandır"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Yeniavaz.com saytı xəbər verir ki, bu barədə sosial şəbəkədəki səhifəsinda yazan komitə sədri bildirib ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub: “2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar- başlamaz yeni bir qarayaxmanın şahidi olduq.

Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları, sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar və bu baş tutmadığı halda çirkin niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. Mən nədənsə belə iftiralara və yalanlara mütəmadi tuş gəlirəm. Son bir neçə müddətdir ki, 45 ildən çox siyasi səhnədə olan bir tanınmış şəxsiyyətə, ağsaqqala bu qədər böhtan atmaq dözülməzdir. İndi də fantaziya ona çatıb ki, guya, bu deputata mənzil veriblər, özü də Oqtay Əsədovla qonşuluqda.

Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, feysbuk səhifələrində yayılıb və hətta etikadan kənar şərhlərlə müşayiət olunub”.

Sonda H. Rəcəbli özünə dözüm arzulayıb.

DİGƏR XƏBƏRLƏR

Top