DİN yol polisinin hərbi həkimə qarşı kobudluğa yol verməsi məsələsini nəzarətə götürüb - VİDEO + YENİLƏNİB

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu sosial şəbəkələr vasitəsilə yeni bir video yayımlayıb və artıq məsələnin DİN tərəfindən nəzarətə götürüldüyünü vurğulayıb.
Yeniavaz.com
həmin kadrları təqdim edir:


2 yanvar, 01:59

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu ilə Yol Patrul Xidmətinin əməkdaşı arasında münaqişə baş verib.

Vətən Müharibəsi dövründə Hospitalda yaralı əsgərlərimizə fasiləsiz xidmət etdiyini bildirən Mahir Əliyev YPX əməkdaşının onu saxlayarkən kobudluğa yol verdiyini, idarə etdiyi avotomobili əsassız olaraq cərimə meydançasına aparmaq istədiyini qeyd edib. M.Əliyevin sözlərinə görə, həmin polis nəfəri sürücüyə qarşı fiziki müdaxiləyə də yol verib.

Sözügedən videonu təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top