Ərdoğan Bakıda keçirilən tədbirə telefonla qatıldı - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə naziri Hulusi Akarın Bakıda iştirak etdiyi tədbirə telefonla qatılıb.

Bu barədə nazirliyin “twitter”ndə məlumat verilib.

O, Qarabağda dastan kimi qələbəyə imza atıldığını bildirib:

"Qardaşım, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan kimi qələbə qazandınız. Azərbaycan ordusunu Dağlıq Qarabağın və işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi uğrunda mübarizədə qazandıqları qələbəyə görə təbrik edirəm. Bu qələbə bizi azərbaycanlı qardaşlar qədər sevindirib və qürurlandırıb”.

Ərdoğan 10 dekabrda Azadlıq Meydanında keçirilən qələbə mərasimində Azərbaycan xalqının qürurunu bölüşdüklərini də xatırladıb:

“Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar və sevinc göz yaşları ilə qarşıladığı kimi, Türk Silahlı Qüvvələrini də 10 dekabrda eyni həyəcanla qarşıladı”.

DİGƏR XƏBƏRLƏR

Top