Millət vəkili əsirlikdən azad edilən Amini ziyarət etdi - FOTO


Millət vəkili Razi Nurullayev əsirlikdən azad edilən Amin Musayevi ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o özünün feyzbuk səhifəsində paylaşım edərək bunları yazıb: "Bu əsirlikdən azad edilən Amin Musayevdir. Yadınızdadırsa, söz vermişdim ki, gəlsin, onu bağrıma basacam. Bu gün xəstəxanadan buraxılıb. Qohumugildədir. Gedib onu bağrıma basdım. İki saat zaman keçirdim, çox söhbətlər etdim. Hələ ayaqüstə dayana bilmir, amma tam bərpa olunacaq, inşallah. Dayısı da Ağstafadan gəlir ki, onu sabah anasının yanına aparsın. Zəng gəldi ki, Ələt postunda saxlayıblar. Zəng etdim Operativ Qərargaha. Sağ olsunlar ki, elə operativ də həll etdilər. Dayısı da indi sevinə-sevinə Amini bağrına basmağa gəlir. Daha gözləyə bilmədim, anma dedim ki, gəlib orada da ziyarət edəcəm".

DİGƏR XƏBƏRLƏR

Top