Prezident onları “Şərəf” ordeni ilə təltif etdi - ADLAR


Azərbaycan Prezidenti İlham Əliyev bir qrup şəxsin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com
 xəbər verir ki, Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər. 

DİGƏR XƏBƏRLƏR

Top