İsveçdə bir məscidə təhdid məktubu göndərilib


İsveçin Uppsala şəhərində yerləşən bir məscidə içərsində ağ toz olan  məktub göndərilib.
Yeniavaz.com
Türkiyə mətbutına istinadən xəbər verir ki, bu barədə məscidin sözçüsü Şadi Kaskin İsveç Dövlət televiziyası “SVT”yə məlumat verib. 
Şadi Kaskin, məktubdan çıxan ağ toza toxunmadıqlarını və onu polisə təqdim etdiklərini bildirib. O, məktubda “sizi burada istəmirik” mesajı yazldığını qeyd edərək, məscidə gələnlərin bu təhdiddən qorxduğunu dilə gətirib. Kaskin həmçinin, bu tip mesajı bundan əvvəl də aldıqlarını bildirib. 
Uppsala şəhər polisi tərəfindən verilən açıqlamada, məktubla göndərilən ağ tozun müayinədə zərərsiz olduğu və məsələ ilə bağlı cinayət işinin açıldığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top