Bakının Neftçilər prospektindəki digər dəmir yolu da sökülür

Ötən ilin dekabrında Türkmənistandan Qara dənizə qədər, Azərbaycan üzərindən karbamit yükünün tranzit nəql edilməsi prosesi həyata keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstana yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığından bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan 2017-ci ildə 300 min ton karbamitin bu marşrut üzrə daşınması planlaşdırılır. Qeyd olunub ki, yüklərin limandan sonra dəmir yolu ilə nəqli üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz Limanı ilə birlikdə DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir. Bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülüb, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəzlənib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəz ediləcək.APA

DİGƏR XƏBƏRLƏR

Top