Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib

Suriya ordusu su mənbələrinin nəzarət altına qaytarılması məqsədi ilə ölkə paytaxtı Dəməşqin qərbində yerləşən Vadi Bəradə vadisində irimiqyaslı anti-terror əməliyyatlarını genişləndirir. Bu barədə "Əl-Məyadin" telekanalının məlumatında bildirilir. Hökumət qüvvələri cümə axşamı Deyr-Məkrin yaşayış məntəqəsi ərazisində "Nüsra cəbhəsi" terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib. Teerrorçular hazırda əvvəlki kimi Dəməşq ətrafındakı ən böyük su anbarı olan Ayn-əl-Ficini öz nəzarətləri altında saxlamaqdadırlar. Onlar paytaxta içməli suyun daxil olduğu boru kəmərini sıradan çıxardıblar.Report

DİGƏR XƏBƏRLƏR

Top