“Biz elə bir nəticə görmək istəyirik ki, monitorinq mərkəzləri qarşıdakı dövrdə lazım olmasın”


 “Qarabağla bağlı atəşkəs rejiminin qurulduğunu görürük. Rusiya sülhməramlıları artıq missiyalarını yerinə yetirirlər. Birgə müşahidə mərkəzimiz də qurulur”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, məqsədimiz davamlı sülh və sabitliyi təmin etməkdir:
“ 6-lı format da daxil olmaqla bütün resurslarımızı səfərbər etməliyik. Rusiya ilə əməkdaşlığımız vacibdir. Elə bir nəticə görmək istəyirik ki, sülh və orada müşahidə etmək üçün qurduğumuz monitorinq mərkəzləri qarşıdakı dövrdə lazım olmasın”.
 

DİGƏR XƏBƏRLƏR

Top