Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, gələn il üçün büdcə gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da gözlənilən ÜDM-in dəyərinin 33,6 %-nə bərabər olacaq.
Qeyd edək ki, gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 47,9%-ni və ya 12 milyard 200 milyon manatını Neft Fondundan transfertlər təşkil edəcək.
Son 19 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər və transfertlərin büdcədəki payı belə olub:
İllər |
Büdcə Gəlirləri (mlrd. manat) |
Neft Fondundan transfert (mlrd. manat) |
Transfertin büdcə gəlirlərindəki payı |
2003 | 1,221 | 0,100 | 8,2 % |
2004 | 1,509 | 0,130 | 8,8 % |
2005 | 2,055 | 0,150 | 7,2 % |
2006 | 3,867 | 0,585 | 15,1 % |
2007 | 6,007 | 0,585 | 9,7 % |
2008 | 10,76 | 3,80 | 35,3 % |
2009 | 10,32 | 4,91 | 47,6 % |
2010 | 11,40 | 5,91 | 51,9 % |
2011 | 15,7 | 9,0 | 57,3 % |
2012 | 17,28 | 9,9 | 57,3 % |
2013 | 19,49 | 11,35 | 58,2 % |
2014 | 18,4 | 9,34 | 50,7 % |
2015 | 17,5 | 8,1 | 46,3 % |
2016 | 17,5 | 7,6 | 43,4 % |
2017 | 16,45 | 6,1 | 37,1 % |
2018 | 22,15 | 10,97 | 49,5 % |
2019 | 23,22 | 11,36 | 49 % |
2020 proqnoz |
23,03 | 12,2 | 52,9 % |
2021 proqnoz |
25,43 | 12,2 | 47,9 % |