ABŞ Bin Ladenin oğluna sanksiya tətbiq etdi

2011-ci ildə məhv edilən “Əl-Qaidə” qruplaşmasının rəhbəri Usamə bin Ladenin oğlu Həmzə bin Laden beynəlxalq terrorçuların siyahısına daxil edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumatda qeyd edilir ki, bin Laden 14 avqust 2015-ci il tarixində rəsmən “Əl-Qaidə”nin üzvü elan edilib. Daha sonra isə o, ABŞ-ın ünvanına təhdidlərlə çıxış etməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top