Avropanın ən yaxşı mərkəzi bank sədri

İngiltərənin “The Banker” nəşri Avropanın ən yaxşı mərkəzi bankı sədrini seçib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəşrin araşdırmasına əsasən, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Avropanın ən yaxşı mərkəzi bank sədridir. “The Banker” E. Nabiullinanın iqtisadi böhran şəraitində uğurlu idarəçilik nümayiş etdirdiyini vurğulayıb: “Sədr Elvira Nabiullinanın güclü əli Rusiyanın çətinliklərin öhdəsindən gəlməyə kömək etdi və Rusiyanın 2017-ci ildə iqtisadi artımdövrünə geri qayıdacağı gözlənilir”.

DİGƏR XƏBƏRLƏR

Top