Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Qafan rayonundan Gorus rayonuna gedən yolun Vorotan qəsəbəsindən keçən hissəsində Azərbaycan əsgərləri tərəfindən "Azərbaycana xoş gəlmisiniz" yazısının yer aldığı lövhə quraşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu gecə ermənilər həmin lövhənin üzərinə ingilis dilində yazılan “Welcome to Azerbaijan” yazısının üzərini qara rəngli boya ilə örtüblər.
Məlumat üçün bildirək ki, "Azərbaycana xoş gəlmisiniz" yazısının yer aldığı lövhədən 40-50 metr aralıda Rusiya hərbçiləri dayanır.
Qeyd edək ki, Qafan rayonundan Gorus rayonuna gedən yolun 4 km hissəsi Azərbaycan ərazisindən keçir və hazırda ermənilər Rusiya hərbçilərinin müşahidəsi altında həmin yoldan istifadə edirlər.