Türkiyənin valyuta ehtiyatları 1 həftədə 4 milyard azalıb

Türkiyənin məcmu beynəlxalq ehtiyatları 23-30 dekabr həftəsində 4,022 mlrd. ABŞ dolları və ya 3,65% azalaraq 106,102 mlrd. dollara kimi geriləyib.

Bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün açıqlanan həftəlik statistik hesabatına istinadən xəbər verir ki, hesabat həftəsində TCMB-nin qızıl ehtiyatları 339 mln. dollar və ya 2,36%, valyuta ehtiyatları isə 3,683 mlrd. dollar və ya 3,85% azalaraq 92,051 mlrd. dollara enib. Bununla da TCMB-nin valyuta ehtiyatları ardıcıl olaraq 6 həftə ərzində azalma göstərib.

Qeyd edək ki, sonuncu dəfə artım noyabrın 28-də bitən həftədə qeydə alınıb və ehtiyatlar 119,7 mlrd. dollara çatıb. Daha sonra isə ehtiyatlar 13,6 mlrd. dollar və ya 11,36% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə beynəlxalq ehtiyatlar 4% geriləyib. report

DİGƏR XƏBƏRLƏR

Top