"Zeyvə"yə yeni həyat verilib

Xalqımızın zəngin mənəvi aləmi, xarakteri və həyat fəlsəfəsinə xas olan xüsusiyyətləri özündə əks etdirən sənət növlərindən biri də xalçaçılıqdır. Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Etnoqrafiya elmi fond şöbəsində mühafizə olunan xalçaçılıq sənətinin müxtəlif nümunələrinin bərpa və konservasiyası daim diqqət mərkəzində saxlanılır.

Belə ki, XIX əsr Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan "Zeyvə" xalçası bərpa və konservasiyaya ehtiyac duyulduğundan Bərpa laboratoriyasına təhvil verilib. Bərpaçı-rəssam Gülnarə Məmmədova tərəfindən xalçanın sökülmüş yerləri yun saplarla bərpa və konservasiya olunub, daha möhkəm və uzun ömürlü olması üçün xalçanın arxa hissəsinə kətan parça tikilib.

Maddi-mədəniyyət nümunələrinin mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi missiyası Muzey tərəfindən layiqincə həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top