2 nəfərin şəhid olduğu İzmir terrorunu PKK-nın törətdiyi ehtimal edilir

2 nəfərin həlak olduğu İzmir terrorunu PKK-nın törətdiyi ehtimal edilir

Hazırda əldə olan məlumatlar İzmirdə məhkəmə binası qarşısında törədilən terror aktının PKK terror təşkilatının tərəfindən plnalaşdırıldığını göstərir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İzmir valisi Erol Ayyıldız deyib. Onun sözlərinə terror aktı nəticəsində iki nəfər həlak olub: “Bunlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçisidir. Yaralı vətəndaşlarımızın sayı beşdir və hazırda müalicə alırlar”. Vali qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən iki terrorçu öldürülüb: “Yanlarında iki ədəd “Kalaşnikov” avtomatı, 8 əl bombası var idi. Daha bir minalanmış avtomobil aşkarlayaraq zərərsizləşdirdik. Bu arada Türkiyə mətbuatına yer alan xəbərlər görə,

“Renault” markalı avtomobillə hadisə yerinə gələn iki terrorçu maşını polis məntəqəsi yaxınlığında saxlayıb “Kalaşnikov” avtomatı ilə ərtafa atəş açaraq içəri girməyə çalışıb. Öldürülən iki terrorçunun birinin yanında gitara qəlibi təspit edilib. Onun içərisində xeyli sayda hərbi sursatın olduğu güman edilir. Daha bir terrorçunun isə axtarıldığı bildirilir.

17.47

Bu gün Türkiyə saatı ilə saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış olub.

"Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, partlayış məhkəmənin C qapısında baş verib.

Şahidlərin sözlərinə görə, partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. İkinci terroristlə polis arasında atışma olub, o qaçmaq istəyərkən zərərsizləşdirilib. Daha bir terroristin isə hadisə yerindən qaçdığl bildirilir.

İlkin məlumatlara görə partlayış nəticəsində 11 nəfər yaralanıb.

İzmirdə partlayış

DİGƏR XƏBƏRLƏR

Top